logo

Xızıda avtoqəza: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

11:10 20-11-2018 | icon 4151
Xızıda avtoqəza: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Noyabrın 20-si gecə saatlarında Xızıda 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobi yolunda “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədova ölüb.

Avtomobildə olan digər sərnişinlər, Leyla Məmmədovanın 8 yaşlı oğlu Yunis Məmmədli və 1957-ci il təvəllüdlü Manafova Tovuz İmamxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan paytaxtda yerləşən müalicə müəssisələrindən birinə göndərilib. T.Manafova isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.