logo

Daşkəsəndə ev yandı: 5 nəfər öldü

10:05 14-11-2018 | icon 3822
Daşkəsəndə ev yandı: 5 nəfər öldü

Noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, bu haqda rayon icra hakimiyyətindən  bildirilib. Qeyd edilib ki, hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızı ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.