logo

Salyanda avtoqəza: bir nəfər ölüb, iki nəfər yaralanıb

10:54 13-11-2018 | icon 3934
Salyanda avtoqəza: bir nəfər ölüb, iki nəfər yaralanıb

Salyanda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə rayonun Şorsulu kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Ağır xəsarət alan Astara rayon sakinləri Orxan Mirzəzadə və Rəhmin Əsədullayev Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.