logo

Ucarda “Ford Transit” sürüyə çarpdı:42 qoyun tələf oldu

12:57 08-11-2018 | icon 3829
Ucarda “Ford Transit” sürüyə çarpdı:42 qoyun tələf oldu

Noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxaraq, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub. YeniAvropa xəbər verir  ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Hadisə nəticəsində 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında digər bir maşının-dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getdiyini bildirib.

BDYPİ tərəfindən araşdırma aparılır