logo

Astanada gənclərin XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir

22:34 06-11-2018 | icon 4781
Astanada gənclərin XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir

Qazaxıstanın paytaxtı Astanada gənclərin “Şabyt” XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir.

YeniAvropa xəbər verir  ki,  ənənəvi olaraq hər il keçirilən festivalda iştirak üçün 345 gənc müraciət edib.

Festivalda Qazaxıstan, Azərbaycan, Belarus, Gürcüstan, İsrail, Qırğızıstan, Rusiya, Ukrayna və Özbəkistanı təmsil edən iştirakçılar “Klassik musiqi”, “Xalq musiqisi”, “Pop vokal”, “Xoreoqrafiya” və “Jurnalistika” nominasiyaları üzrə yarışacaqlar.

Festival noyabrın 9-da qala konsertlə başa çatacaq.