XIII Nar festivalı möhtəşəmliyi ilə yadda qalıb
Noyabrın 3-də Göyçayda XIII Nar festivalı keçirilib. Builki festival öz rəngarəngliyi, möhtəşəmliyi ilə böyük marağa səbəb olub.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edib.
YeniAvropa xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilən Nəriman Nərimanov küçəsində musiqi sədaları altında, təntənəli şəkildə qarşılanıblar. Milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar.
Professor Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin qarşısında festivalın açılış mərasimi keçirilib. Burada bayramın əsas qəhrəmanı olan Nar şahzadəsi qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu, əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, artıq 13-cü dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.
Sonra rəngarəng bayram konserti olub. Xanəndələrin ifasında milli mahnılar oxunub, rəqslər nümayiş etdirilib.
Milli geyimli atlılar dəstəsinin keçidi iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib.
Müxtəlif turizm şirkətləri festivalla əlaqədar Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar.
Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.
Festival noyabrın 4-də başa çatacaq.
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək
Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir-Nikol Paşinyan
Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb
Prokurorluq Şuşada baş verən mina partlamasını araşdırır
Yol Polisi sürücülərə müraciət edib
İsveç milli komandasının idman direktoru “Neftçi” ilə müqavilə bağlayıb
Bakıda İƏT ölkələri Milli Kitabxanalarının Direktorlar Şurasının iclası keçirilib
Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət etdi
“Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb
Yerevandakı mitinqdə polis Robert Koçaryanın oğlunu döyüb
Bakı "Böyük Dəbilqə"si: İki cüdoçumuz yarımfinala çıxıb
Daha bir güləşçimiz "Paris-2024" Olimpiadasına vəsiqə qazanıb