logo

Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğın söndürülüb

13:43 26-10-2018 | icon 3668
Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğın söndürülüb

Oktyabrın 25-i saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb. Əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.