Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
Moskvada Azərbaycan və Rusiyanın tanınmış müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsi anılıb.
YeniAvropa xəbər verir ki, Müslüm Maqomayevin vəfatının 10-cu ildönümündə müğənninin yaxınları və dostları, yaradıcılığının pərəstişkarları onun Moskvadakı abidəsinin ətrafına toplaşıblar.
Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya musiqiçinin xatirəsini anmağa gələnlərə minnətdarlığını bildirib. O qeyd edib ki, Müslüm Maqomayevin xatirəsinin yaşadılması onu hər zaman yaşadacaq. T.Sinyavskaya xatırladıb ki, Maqomayevin adı Azərbaycanda sərnişin gəmisinə verilib, Rusiyada isə “Aeroflot” təyyarələrdən birini onun şərəfinə adlandırılıb. T.Sinyavskaya deyib: “Maqomayevin xatirəsi buraya toplaşanların da, burada olmayanların da qəlbində yaşayır. Yaşamaq üçün bu özünəməxsus stimulun mənası ondan ibarətdir ki, bu xatirəni təkcə öz qəlbimizdə deyil, həm də onu sevənlərin və xatırlayanların və ümidvaram ki, hələ bundan sonra da sevəcək insanların qəlbində yaşadaq”.
Anma mərasimində “Crocus Group” şirkətinin prezidenti, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, rəssam Aleksandr Şilov, “Gelikon-opera” teatrının baş direktoru və bədii rəhbəri Dmitri Bertman, Gürcüstanın və Rusiyanın opera müğənnisi, SSRİ Xalq artisti Makvala Kasraşvili, M.Maqomayev adına V beynəlxalq musiqi müsabiqəsinin qalibi Elmira Qaraxanova və digərləri çıxış ediblər.
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək