logo

Yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutulub

14:02 23-10-2018 | icon 3556
Yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tutulub

Oktyabrın 20-də saat 19:30 radələrində Cumayev Vüqar Nazim oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-EG-191 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Saray qəsəbəsində hərəkətdə olarkən piyada Həbibov Malik Yusif oğlunu vurub. V.Cumayevin piyadaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmasında əsaslı şübhələr olduğundan fakta görə Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

YeniAvropa xəbər verir  ki, iş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

V.Cumayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.