logo

“Bakubus” avtobusu qəza törədib

11:15 21-10-2018 | icon 4116
“Bakubus” avtobusu qəza törədib

Paytaxtın Nərimanov rayonu ərazisində , səhər saatlarında zəncirvari yol qəzası baş verib.

YeniAvropa yerli KİV-ə istinadən bildirir ki, Mayakovski və Çernyayevski küçələrinin kəsişməsində "Bakubus" MMC-yə məxsus olan və 2 saylı marşrut xətti üzrə hərəkət edən "İveco Urbanway" markalı avtobusla "VAZ 21015" və "Mercedes Vito" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, "VAZ 21 015" tamamilə yararsız vəziyyətə düşüb. Sərnişin avtobusu və "Mercedes Vito"ya da ciddi ziyan dəyib.

Hadisə nəticəsində avtobusdakı bütün sərnişinlər düşürülüb və Çerniyayevski küçəsində nəqliyyatın hərəkəti dayanıb.