Yaqub Zurufçu Torontoda ilin ilk konsertini verib
Yüksək ifaçılığı ilə yalnız Azərbaycanın deyil, həm də Avropa və Latın Amerikası xalqlarının böyük sevgisini qazanmış dünya şöhrətli müğənni və vokal ifaçısı Yaqub Zurufçu 2018-ci ilin ilk günlərində Kanadanın ən böyük şəhərlərindən olan Torontoda geniş konsert proqramı ilə çıxış edib. Sənətçinin yeni ildə ilk konserti musiqisevərlərin böyük sevincinə səbəb olub, onlara xoş bayram ovqatı bəxş edib. YeniAvropa xəbər verir ki, ilk konsertdən sonra Kanadanın Ontario ştatının təhsil naziri R.Moridi ölkələrarası mədəni əlaqələrin inkişafındakı xidmətlərinə, Azərbaycan musiqisi ilə Kanada sənətsevərlərini daha yaxından tanış etdiyinə görə Yaqub Zurufçunu yenidən fəxri diplomla təltif edib.
Müğənni səfər təəssüratını belə bölüşüb: “Düzü, çətinlik çəkirəm deyəm ki, konsertdən daha çox tamaşaçılar zövq aldı, sevindi, yoxsa mən. Uzun illər İranda, Almaniyada və Amerikada doğma Bakımızın, Azərbaycanın həsrəti ilə yaşadığımdan qürbətin nə olduğunu yaxşı bilirəm. Bu səbəbdən də indi Vətəndən uzaqda olan, lakin qəlbində daim Vətən sevgisini yaşadan soydaşlarımızın nələr çəkdiyini yaxşı başa düşərək öz mahnılarımla onlara təskinlik verməyə çalışdım. Mən onlar üçün Azərbaycanı, dostluğu, qardaşlığı, həm də məhəbbəti tərənnüm edən bir-çox mahnılar ifa elədim. Təbii ki, konsertin sonunda sevimli dostlarımızın xahişi ilə onların çox sevdikləri “Ayrılıq” mahnısını oxumalı oldum. Daha doğrusu, mahnının son sözlərini birgə oxuduq və birgə təsirləndik... Hər halda bu mahnını yüz dəfələrlə ifa etsəm də, onu ürəyimin dərin qatlarından keçirmədən, kövrəlmədən oxuya bilmirəm”.
Qeyd edək ki, Azərbaycan musiqisini, incəsənətini dünyanın bir çox ölkələrində layiqincə təmsil və təbliğ edən məşhur müğənninin qastrol səfərləri Kanadadan sonra ABŞ-ın Çikaqo, Los-Anceles, Hyuston şəhərlərində, həmçinin paytaxt Vaşinqtonda, daha sonra isə İngiltərənin paytaxtı Londonda da davam edəcək. Silsilə konsertlər doğma Bakıda başa çatacaq.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək