Bakıda növbəti caz festivalı başlayır
Oktyabrın 14-dən 28-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil edilir.
Təşkilatçıların YeniAvropa-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Caz Festivalı yüksək musiqi bayramı, ustad dərsləri, cem-seyşnlər, gənc ifaçıların müsabiqəsi, art-sərgilər və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər deməkdir. “Baku International Jazz Festival 2018” -14 parlaq gün, caz musiqisi ustalarının peşəkar konsertləri və yaddaqalan çıxışlar həm səriştəli intellektual tamaşaçılar, həm də dinamik musiqi həvəskarları üçün əsl mənəvi qida olacaq.
Ənənəyə görə, festival çərçivəsində azərbaycanlı musiqiçilərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş məşhur musiqiçilər də konsert proqramları ilə çıxış edirlər.
Caz festivalı oktyabrın 14-də “Elektra Events Hall” məkanında soul musiqi və fank ustası Omar Lye-Fukun solo konserti ilə başlanacaq. İfaçı həmin gün öz 50 illik yubileyini qeyd edəcək.
Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər: Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kaqan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Xelqe Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupu (ABŞ), habelə Norveç caz orkestri açıq məkanda çıxış edəcək. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq.
Ənənəvi olaraq gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası” təqdimatı olacaq və kinoprokat yenilikləri barədə məlumat veriləcək.
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək
Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir-Nikol Paşinyan
Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb
Prokurorluq Şuşada baş verən mina partlamasını araşdırır
Yol Polisi sürücülərə müraciət edib
İsveç milli komandasının idman direktoru “Neftçi” ilə müqavilə bağlayıb
Bakıda İƏT ölkələri Milli Kitabxanalarının Direktorlar Şurasının iclası keçirilib
Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət etdi
“Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb
Yerevandakı mitinqdə polis Robert Koçaryanın oğlunu döyüb
Bakı "Böyük Dəbilqə"si: İki cüdoçumuz yarımfinala çıxıb