logo

Bakıda avtomobil körpüdən tunelə aşdı

11:05 04-10-2018 | icon 3381
Bakıda avtomobil körpüdən tunelə aşdı

Paytaxtda avtomobil tunelə aşıb.

YeniAvropa xəbər verir  ki, hadisəbu gün səhər Babək prospektində qeydə alınıb.  Heydər Əliyev prospektindən Babək prospekti istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobil idarəetməni itirərək körpüdən tunelə aşıb. Nəticədə "KİA"nın sürücüsü yüngül xəsarət alıb.

Qəza nəticəsində həmçinin prospektdə tıxac yaranıb.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.