XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində bildirib.
Ayxan Hacızadə bildirib ki, sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur.
Qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha xatırlatmaq istərdik.
Ayxan Hacızadə həmçinin qeyd edib ki, Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur.
Diplomat Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq
Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”
İlham Əliyev Şavkat Mirziyoyevlə Xankəndidə tikiş fabrikinin açılışını edib
“Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının vəziyyəti dəyərləndirilib
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Rusiya Azərbaycanla birgə karbon poliqonu yaradacaq
Azərbaycan nefti 74,16 dollara satılır
Faktiki hava: Bölgələrdə yağış yağıb, şimşək çaxıb
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiaları üzrə qərar qəbul edib
Antoni Blinken Hakan Fidanla Cənubi Qafqazda sülhü müzakirə ediblər
Xəzərdə 3,3 ballıq zəlzələ olub
Göyçayda 37 yaşlı kişi suda batıb
İtaliyanın baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq