Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik avtomobili 90 yaşlı D.Məmmədovu vurub.
Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.