2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
DİM-dən YeniAvropa-ya bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Əlavə əşyalar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Oktyabrın 6-da imtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunacaq. İmtahan vermək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq
Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”
İlham Əliyev Şavkat Mirziyoyevlə Xankəndidə tikiş fabrikinin açılışını edib
“Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının vəziyyəti dəyərləndirilib
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Rusiya Azərbaycanla birgə karbon poliqonu yaradacaq
Azərbaycan nefti 74,16 dollara satılır
Faktiki hava: Bölgələrdə yağış yağıb, şimşək çaxıb
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiaları üzrə qərar qəbul edib
Antoni Blinken Hakan Fidanla Cənubi Qafqazda sülhü müzakirə ediblər
Xəzərdə 3,3 ballıq zəlzələ olub
Göyçayda 37 yaşlı kişi suda batıb
İtaliyanın baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq