Azərbaycanın baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Əli Əsədov prezident İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.