logo

İlham Əliyev Koreyanın milli bayramını təbrik edib

11:55 03-10-2024 | icon 665
İlham Əliyev Koreyanın milli bayramını təbrik edib

Prezident İlham Əliyev Koreya Respublikasının milli bayramı münasibətilə bu ölkənin prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Koreya ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram".