Nazirlik bəzi alimlərə hər ay 1000 manat mükafat verəcək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir.
Elm və Ali Təhsil üzrə Dövlət AgentliyindənYeniAvropa-ya bildirilib ki, mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.
Cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb.
Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
Qeyd edək ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, “Scopus” elmmetrik bazasında on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan (“Scopus”da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilib və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.
Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları (“Quacquarelli Symonds”, “Times Higher Education”, “Shanghai Ranking”), ali təhsil müəssisələri (Stanford Universiteti (“Stanfordun TOP 2 faiz tədqiqatçıları”) və tədqiqatçılar tərəfindən istifadə olunur.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb