logo

Binədə avtobusun qatarla toqquşmasından 2 nəfər ölüb, 41 nəfər yaralanıb

13:52 02-10-2018 | icon 3458
Binədə avtobusun qatarla toqquşmasından 2 nəfər ölüb, 41 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi (DİN) Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan Şakir Əliyevin və Yusif Dadaşzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.