Sabah 132 mindən çox şagird üçün ilk zəng çalınacaq
Sabah 132 mindən çox şagird üçün ilk zəng çalınacaq.
YeniAvropa xəbər verir ki, bu barədəElm və Təhsil nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Yeni tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4830 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır.
Yeni tədris ilində ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.
Hökumətlərarası müqavilələr çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində hökumətlərarası təqaüd proqramları aktivdir.
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq
Almatıda II Türk Dövlətçiliyi Tarixi Konqresi keçirilib
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
“Neftçi”nin istefa verən ba məşqçisi azarkeşlərinə təşəkkür edib
Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlaşır
Şuşada ICESCO-nun İrs Komitəsinin iclası keçirilir
Azərbaycanda “Halal” sertifikatın təqdim edilməsinə başlanılır
Kərim Vəliyev NATO nümayəndə heyətiini qəbul edib
Azərbaycan nefti 79,58 dollara satılır