logo

Bakıda sərnişin avtobusu qatarla toqquşdu: 1 ölü 20 yaralı var

15:48 01-10-2018 | icon 3612
Bakıda sərnişin avtobusu qatarla toqquşdu: 1 ölü 20 yaralı var

 Oktyabrın 1-də günorta saatlarında Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun hərəkətdə olan qatarla toqquşması nəticəsində ilkin məlumata görə, bir nəfər ölüb, 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi və 3-ü uşaqdır.

Yaralıların bir hissəsi Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasına, digərləri isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 10 həkim briqadası göndərilib. Xəstəxanaya çatdırılan yaralılardan biri dünyasını dəyişib.