Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Sentyabrın 26-da “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş “networking” tərəfdaşlığı ilə IV Su İnnovasiya Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Aqualink” MMC-nin icraçı direktoru və “Su İnnovasiya Forum”un sədri Orxan Mikayıl məlumat verib.
Qeyd edib ki, “Gələcək üçün su” şüarı ilə keçiriləcək IV Su İnnovasiya Forumunun əsas məqsədi ölkəmizdə su və ətraf mühit mövzularında geniş təcrübələrin mübadiləsi, beynəlxalq təcrübələrin nümayişi, yerli sahibkarlarla dövlət və xarici tərəfdaşların əməkdaşlığının dərinləşdirilməsi, eyni zamanda, COP29 çərçivəsində su ehtiyatlarının idarə edilməsində “yaşıl çözümlərin” təqdimatıdır.
“Su İnnovasiya Forumu Azərbaycanda artıq dördüncü dəfədir ki, təşkil ediləcək. Forum öncəki illərdə sektorda sahəvi şirkətləri və texnoloji yenilikləri bir araya gətirən əhəmiyyətli platformaya çevrilib. Bu platforma sektor üzrə çalışan mütəxəssislərin, sahə üzrə ekspertlərin, dövlət qurumlarının və əsas podratçı şirkətlərin sifarişləri və gələcək inkişaf istiqamətlərində atılan addımlar haqqında danışan diskussiya mərkəzi kimi böyük rol oynayıb. Bununla yanaşı, tədbirin nəticələrindən biri hər tədbirdən sonrakı mərhələdə Azərbaycanda olan şirkət və əlaqəli şəxsləri bir araya gətirən networking və biznes platforma olmağıdır. Onu da qeyd edim ki, Su İnnovasiya Forumunda səsləndirilən şüar, çıxış, təklif və yeniliklər yekun təklif paketi şəklində hökumət nümayəndələrinə və dövlət qurumlarına yönləndirilib. Eyni zamanda, xarici şirkətlərin bu tədbir vasitəsilə ölkənin potensialını görməsi, ölkədə həyata keçirilən islahatların nəticələrini müşahidə etməsi Azərbaycana investisiya təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə Orxan Mikayıl bildirib.
O əlavə edib ki, son üç foruma qatılan xarici şirkətlər bu dəfə də tədbirə yüksək maraq nümayiş etdiriblər ki, bu da öz növbəsində forumun və bu sektora olan marağın yüksək göstəricisidir: “Xarici şirkətlərin Azərbaycanda bu cür tədbirlərdə iştirakı, mütərəqqi, qabaqcıl texnologiyaların nümayişi və tətbiqi sektorda yeni canlanmalara yol açır, Azərbaycanda klassik və konvensional təmizləmə texnologiyasıyla bağlı yaranmış stereotiplərin aradan qaldırılmasına da köməklik göstərir. Su ehtiyatının formalaşması, onun idarəedilməsində beynəlxalq təcrübənin tətbiqi, müxtəlif təcrübələrin müsbət və mənfi tərəflərinin araşdırılması və elmi müzakirənin təşviqi platformanın əsas hədəflərindən biridir”.
Forumda ilk panel “Su ehtiyatlarının idarəedilməsində mütərəqqi təcrübələrin tətbiqi”nə həsr olunacaq. Paneldə, eyni zamanda, müasir su təmizləmə texnologiyaları, su idarəedilməsində effektiv və səmərəli həllər, eləcə də qabaqcıl texnologiyalar müzakirə ediləcək. İkinci panelin əsas mövzusu “İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının idarəedilməsi və ekoloji təsirləri” olacaq. Üçüncü paneldə isə yerli şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə biznes-networking görüşləri keçiriləcək.
IV Su İnnovasiya Forumu dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin, aidiyyəti sahə üzrə mütəxəssislərin, Niderland Krallığının Azərbaycandakı səfirinin, eləcə də Niderland şirkətlərinin iştirakı ilə baş tutacaq.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq