Şəhid jurnalistlərin xatirəsinə futbol turniri keçiriləcək
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 3-cü ənənəvi futbol turniri təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə əsasən, Rakus.az saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək.
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İldə bir dəfə təşkil olunan turnirin iştirakçıları arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalist komandalar da olacaq. Komandalar özlərinin idman geyimləri və loqosu ilə təmsil olunacaq. Komandanın ad seçməsi sərbəstdir.
Turnirdə 8 və ya 10 komanda mübarizə aparacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Hər qrupda 2-ci yeri tutan komandalar 3-cü yer uğrunda yarışacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası olacaq.
Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcək.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” və başqa nominasiyalar üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların heyətində yarış başa çatanadək heç bir dəyişiklik edilməyəcək. Oyunçuların yaş hədləri sərbəstdir. Lakin peşəkar futbolçuların iştirakı qadağandır.
Ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi, Baku TV, “Rakus.az” və “Manşet.az” saytları verəcək.
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Sahibə Qafarova Düşənbədə özbəkistanlı həmkarı ilə görüşüb
Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub
Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb
COP29 ölkəmizə nələri qazandıracaq?
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq,23° isti olacaq
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
İqtisadi Şuranın iclası keçirilib
Prokurorluq Qazaxda tələbələrin zəhərlənməsini araşdırır
Bakıda “INMerge” innovasiya sammiti davam edir
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Azərbaycan nefti 80,38 dollara satılır
Əbu-Dabi “Böyük Dəbilqə”sində 6 cüdoçumuz mübarizəyə başlayır
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir