logo

“Neftçi” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

11:55 04-09-2024 | icon 1701
“Neftçi” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tsxaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar yolunun II qrupunda baş tutacaq oyunun qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Məğlub komandalar isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.