Əminəm ki, “Qarabağ” daha böyük zirvələri fəth edəcək-Tahir Gözəl
Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür.
YeniAvropa xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanda “Ludoqorets”i 7:2 hesabı ilə məğlub etdikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin uğurlarının davamlı olacağına inamını vurğulayaraq, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib: “Bu oyun hamımız üçün çox həyəcanlı, gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun - bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm iradəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinə bariz nümunə idi. Bu gün - iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm. Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.
Klub rəhbəri bildirib ki, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: “Başda Prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin matçdan sonra “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar gözləyir”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Sahibə Qafarova Düşənbədə özbəkistanlı həmkarı ilə görüşüb
Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub
Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb
COP29 ölkəmizə nələri qazandıracaq?
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq,23° isti olacaq
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
İqtisadi Şuranın iclası keçirilib
Prokurorluq Qazaxda tələbələrin zəhərlənməsini araşdırır
Bakıda “INMerge” innovasiya sammiti davam edir
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Azərbaycan nefti 80,38 dollara satılır
Əbu-Dabi “Böyük Dəbilqə”sində 6 cüdoçumuz mübarizəyə başlayır
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir