logo

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxır

09:09 13-08-2024 | icon 1001
UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxır

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, Ağdam klubu Razqradda Bolqarıstanın “Ludoqorets” kollektivinin qonağı olacaq.

“Ludoqorets Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk matçda “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.

13 avqust

“Ludoqorets” - “Qarabağ”

Ludoqorets Arena. Saat 22:00

Baş hakim: Simone Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale

Dördüncü hakim: Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra

(Hakimlər briqadası İtaliyadandır)