Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev "Paris-2024" Yay Olimpiya Oyunlarında fərqlənib.
YeniAvropa xəbər verir ki, həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.
O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib.
Qeyd edək ki, Qurbanəliyev Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub.