logo

UEFA Çempionlar Liqası:“Araz-Naxçıvan”ın oyunlarına hakim təyinatı olub

11:11 12-08-2024 | icon 910
UEFA Çempionlar Liqası:“Araz-Naxçıvan”ın oyunlarına hakim təyinatı olub

UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarına hakim təyinatı açıqlanıb.

YeniAvropa Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan klubunun avqustun 21-də “Sparta Belfast”la (Şimali İrlandiya) matçını Bolqarıstan, Belçika və Avstriyadan olan referilər idarə edəcəklər.

Sonrakı gün “Sillamae Silla” (Estoniya) ilə keçiriləcək qarşılaşma isə polşalı ədalət təmsilçisinə həvalə olunub.

21 avqust

18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya)

Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)

Timekeeper: Kastriot Gerxhaliu (İsveç)

Hakim-inspektor: Timo Onatsu (Finlandiya)

UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

22 avqust

18:00. “Sillamae Silla” (Estoniya) – “Araz–Naxçıvan”

Hakimlər: Daniel Stauber, Trayan Enchev, Pavel Tokarevicz (Polşa)

Timekeeper: Kastriot Gerxhaliu

Hakim-inspektor: Timo Onatsu

UEFA nümayəndəsi: Andris Utinans