"Paris-2024" Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə əvvəlcə açılış mərasiminin ən yaddaqalan anlarının yer aldığı videoçarx nümayiş olunub.
Daha sonra meydanın mərkəzində dünya xəritəsi formasında hazırlanmış səhnəyə ölkələrin nümayəndə heyətləri daxil olublar. Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.
Ardınca Paris Olimpiadasının son mükafatlandırma mərasimi baş tutub. Qadınlar arasında marafonun qalibləri fəxri kürsüyə dəvət olunublar. Niderlandlı Sifan Hassan qızıl, efiopiyalı Tiqst Assefa gümüş, keniyalı Hellen Onsando Obiri isə bürünc medala layiq görülüblər. İdmançılara mükafatları Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou təqdim ediblər.
Tədbirin bədii hissəsindən sonra Tomas Bax və "Paris-2024" Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanqe çıxış ediblər.
Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra Olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan ABŞ-a ötürülüb. Bayrağı Los-Anceles şəhərinin meri Karen Bas qəbul edib. Daha sonra tanınmış aktyor Tom Kruz bayrağı götürərək arenanı tərk edib. Ardınca "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.
Sonda isə Olimpiya məşəli söndürülüb və dördilliyin ən nüfuzlu idman yarışına yekun vurulub.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Sahibə Qafarova Düşənbədə özbəkistanlı həmkarı ilə görüşüb
Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub
Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb
COP29 ölkəmizə nələri qazandıracaq?
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq,23° isti olacaq
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
İqtisadi Şuranın iclası keçirilib
Prokurorluq Qazaxda tələbələrin zəhərlənməsini araşdırır
Bakıda “INMerge” innovasiya sammiti davam edir
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Azərbaycan nefti 80,38 dollara satılır
Əbu-Dabi “Böyük Dəbilqə”sində 6 cüdoçumuz mübarizəyə başlayır
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir