Laçında Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılışı olub
Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirin açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və diasporumuzun Ana Vətənlə əlaqələrinin möhkəm olmasından bəhs edən videoçarx nümayiş olunub.
Düşərgənin açılış mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış ediblər.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçındakı inkişafla bağlı ümumi məlumat verib, Diaspor Gənclərinin V Yay Düşərgəsinin Laçında keçirilməsini yüksək qiymətləndirib. 60 ölkədən gələn gənclər üçün belə təntənəli bir tədbirin Laçında keçirilməsinin böyük fəxr olduğunu söyləyib.
İştirakçıları salamlayan komitə sədri belə möhtəşəm tədbirin məhz Azərbaycanın gözəl guşələrindən biri Laçında keçirilməsinin önəmindən, torpaqlarımızın işğaldan azad olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaətindən, sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı məsələlərin həllində gənclərin rolunu xüsusi vurğulayıb. Düşərgənin əhəmiyyətindən danışan sədr komitənin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Buna uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrin xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, intensivliyinə, onların ana dilini unutmamasına, tarix və mədəniyyətimizin təbliğinə xidmət etdiyini söyləyib. Azərbaycan dövlətinin gənclər siyasətinin harada yaşamasından asılı olmayaraq gənclərimizin inkişafına, vətəndaşlıq borcunu uğurla yerinə yetirməsinə hesablandığını qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diaspor gənclərinin yay düşərgələrində çox savadlı və vətənpərvər gənclər iştirak etməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Heydər Əliyev Fondunun gənclərin inkişafına və istedadlarının üzə çıxarılmasına böyük töhfələr verdiyini vurğulayaraq, bu mənada düşərgənin də əhəmiyyətinin çox böyük olduğunu deyib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Diaspor Gənclərinin Yay Düşərgələrinin bir platforma olaraq gənclərin inkişafına çox müsbət təsir göstərdiyini bildirib.
Açılış mərasimi rəsmi hissədən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bədii hissə ilə davam edib.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə xalça guşəsi yaradılıb. Guşədə bütün bölgələrin xalça nümunələri nümayiş olunub.
Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edəcək Diaspor Gənclərinin V Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan V Yay Düşərgəsində 60 ölkədən 115 gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.
Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bununla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur.
Düşərgədə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaşlı gənclər iştirak edirlər. Düşərgədə iştirak xərcləri tam şəkildə ödənilir.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə indiyədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində dörd yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb