Bakıda Beynəlxalq Animasiya Festivalı keçiriləcək
Oktyabrın 2-dən 6-dək Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycan” kinoteatrında 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Assosiasiyadan YeniAvropa-ya bildirilib ki, bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 18 ölkədən 48 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.
Demetrios Poursanidis (Yunanistan), Nitya Ramlogan (ABŞ), Nəzrin Ağamalıyeva, Elşən Cəbrayılzadə, Məsud Alısoy, Vəfa Piriyevanın (Azərbaycan) təmsil olunduğu festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.
Müsabiqədə iştirak edəcək filmlər arasında həm bu sahədə öz sözünü demiş peşəkar animatorların, həm də animasiya dünyasına yeni daxil olmuş istedadlı gənclərin filmlərini görmək mümkün olacaq.
Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər 7-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətinin üzvləri isə yaxın zamanda açıqlanacaq.
Qaliblər üçün nəzərdə tutulan mükafatlar - Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi ¬¬– Grand Prıx”, Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi”, “Tamaşaçı rəğbəti” mükafatı və “Tərəfdaşların xüsusi mükafatları”dır.
Qeyd edək ki, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı və bilet satışı haqqında məlumat sentyabrda elan ediləcək.
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb