logo

Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub

09:12 28-09-2018 | icon 3577
Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub

Sabirabadda “Mercedes” markalı mikroavtobusla “KamAZ” markalı yük maşının toqquşması nəticəsində 6-sı qadın olmaqla 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

YeniAvropa xəbər verir  ki, hadisə bu gün səhər saatlarında rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.