Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 42 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 45,o cümlədən borclu şəxs kimi axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.