Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
Oktyabrın 14-dən 28-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil edilir.
Təşkilatçıların YeniAvropa-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Caz Festivalı yüksək musiqi bayramı, ustad dərsləri, cem-seyşnlər, gənc ifaçıların müsabiqəsi, art-sərgilər və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər deməkdir. “Baku International Jazz Festival 2018” -14 parlaq gün, caz musiqisi ustalarının peşəkar konsertləri və yüngül çıxışlar həm səriştəli intellektual tamaşaçılar, həm də dinamik musiqi həvəskarları üçün əsl mənəvi qida olacaq.
Ənənəyə görə, festival çərçivəsində azərbaycanlı musiqiçilərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş məşhur musiqiçilər də konsert proqramları ilə çıxış edirlər.
Caz festivalı oktyabrın 14-də “Elektra Events Hall” məkanında soul musiqi və fank ustası Omar Lye-Fukun solo konserti ilə başlanacaq. İfaçı həmin gün öz 50 illik yubileyini qeyd edəcək. Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər: Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kaqan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Xelqe Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupu (ABŞ), habelə Norveç caz orkestri açıq məkanda çıxış edəcək. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq.
Ənənəvi olaraq gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası” təqdimatı keçiriləcək, kinoprokat yenilikləri barədə məlumat veriləcək.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir