logo

Biləsuvarda 1176 şagird yerlik yeni  məktəb tikiləcək

17:49 18-09-2018 | icon 3878
Biləsuvarda 1176 şagird yerlik yeni  məktəb tikiləcək

Prezident İlham Əliyev sentyabrın 18-də “Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncamla Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.