logo

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

21:39 16-09-2018 | icon 4452
Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün saat 19 radələrində Ağsu-Bico-Göylər avtomobil yolunun Daşdəmirbəyli kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. “VAZ-2111” markalı avtomobillə “Toyota” toqquşub.

YeniAvropa xəbər verir  ki, nəticədə “VAZ-2101”də olan Cəlayir kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Əlfağa Qardaşəli oğlu hadisə yerinə dünyasını dəyişib.

Qəza nəticəsində beş nəfər yaralanıb. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan üçünün vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.