2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib
Prezident İlham Əliyev dekabrın 25-də 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, - deyə sənəddə vurğulanır.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
d
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir
İranda milli matəm elan edilib
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz mübarizəyə başlayır
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
Azərbaycan XİN İrana başsağlığı verib
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb
Bakıda güləş üzrə Avropa çempionatı start götürür
İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Ağcabədidə polis əməliyyatı: 20 nəfər saxlanılıb
İranda helikopterin qəzasında azı 8 nəfər həlak olub
Qaradağ rayonunda "Jiquıi" ilə avtoxuliqanlıq edən şəxs həbs edilib
İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
İran prezidentinin qəzaya uğramış helikopterinin yeri bəlli olub
İtkin düşmüş 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib-DİN
Bu il də 150 bal ali məktəbə qəbul üçün yetərli olacaq
"Şahdağ"da qar örtüyünün hündürlüyü 5 sm-ə çatır
Azərbaycan nefti 84,82 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Həştərxanda Xəzər Media Forumu keçiriləcək
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib