logo

Daha 30 ailə Laçına köçürülüb

09:49 22-12-2023 | icon 819
Daha 30 ailə Laçına köçürülüb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. YeniAvropa xəbər verir ki, bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib