logo

MSK daha 5 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

17:17 21-12-2023 | icon 931
MSK daha 5 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Qüdrət Həsənquliyev, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyevin məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Qüdrət Həsənquliyevin, Zahid Orucun, Fazil Mustafanın, Elşad Musayevin və Fuad Əliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.