logo

Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanışlıq

12:12 21-12-2023 | icon 665
Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanışlıq

Prezident İlham Əliyev dekabrın 21-də Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərinə də başlanılıb.

Qeyd edək ki, Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.