Məzahir Pənahov ATƏT/DTİHB-nin missiyası ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov dekabrın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, MSK-nın sədri missiya nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrovu salamlayaraq görüşdən məmnunluğunu bildirib.
M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığa daim açıq olduğunu vurğulayıb və qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı səviyyəyə yüksəlməsinə mühüm töhfələr verib.
Səmimi görüşə görə minnətdarlıqlarını ifadə edən ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ölkəmizin seçki sistemi və seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlər, habelə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinə hazırlıqların gedişi ilə maraqlanıblar.
Qonaqların suallarını cavablandıran sədr M.Pənahov qarşıdan gələn seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlardan danışıb, nəzərdə tutulan genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntəqələrinin yaradılması və səsvermənin təşkili barədə onları məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir
İranda milli matəm elan edilib
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz mübarizəyə başlayır
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
Azərbaycan XİN İrana başsağlığı verib
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb
Bakıda güləş üzrə Avropa çempionatı start götürür
İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Ağcabədidə polis əməliyyatı: 20 nəfər saxlanılıb
İranda helikopterin qəzasında azı 8 nəfər həlak olub
Qaradağ rayonunda "Jiquıi" ilə avtoxuliqanlıq edən şəxs həbs edilib
İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
İran prezidentinin qəzaya uğramış helikopterinin yeri bəlli olub
İtkin düşmüş 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib-DİN
Bu il də 150 bal ali məktəbə qəbul üçün yetərli olacaq
"Şahdağ"da qar örtüyünün hündürlüyü 5 sm-ə çatır
Azərbaycan nefti 84,82 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Həştərxanda Xəzər Media Forumu keçiriləcək
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib