logo

Azərbaycan ilə Serbiya arasında yeni saziş təsdiqlənib

14:14 19-12-2023 | icon 679
Azərbaycan ilə Serbiya arasında yeni saziş təsdiqlənib

Azərbaycan ilə Serbiya arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı saziş təsdiq edilib.

YeniAvropa xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Saziş 2023-cü il noyabrın 7-də Serbiyanın paytaxtı Belqrad şəhərində imzalanıb.