Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib
Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji qurumları arasında görüş keçirilib.
YeniAvropa xəbər verir ki, görüşdə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev, energetika nazirinin müavini Elnur Sultanov, “Gürcüstan Dövlət Elektrik Sistemi” şirkətinin baş direktoru George Gigineishvili, Rumıniyanın “Transelectrica” şirkətinin İdarə heyətinin üzvü Bogdan Toncescu və Macarıstanın “MVM” qrupun nümayəndəsi Robert Endrejterin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə düzənlənən bu tədbir 17 dekabr 2022-ci il tarixində Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ölkələrinin dövlət və hökumət başçıları tərəfindən imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası istiqamətində keçirilib.
Sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul olunub.
Sazişin icrası istiqamətində 4 ölkənin məsul nazirlərindən ibarət yaradılmış Rəhbər Komitənin artıq 5 iclası keçirilib. Budapeşt şəhərində keçirilmiş son görüşdə növbəti addım olaraq Bakıda ötürücü qurumların arasında Birgə Müəssisənin yaradılması məqsədi ilə görüşün təşkil edilməsi razılaşdırılıb.
Bu xüsusda bugünkü tədbirin məqsədi tərəflərin məsul qurumları arasında ilk işçi görüşün keçirilməsi və layihənin icrası ilə bağlı hüquqi və digər praktiki aspektlərinin müzakirəsidir.
Görüşdə birgə Müəssisənin yaradılması və layihənin davamı üçün yol xəritəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün razılaşma protokolu imzalanıb və növbəti görüşün bu formatda Gürcüstanda keçirilməsi razılaşdırılıb.
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir
İranda milli matəm elan edilib
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz mübarizəyə başlayır
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
Azərbaycan XİN İrana başsağlığı verib
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb
Bakıda güləş üzrə Avropa çempionatı start götürür
İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Ağcabədidə polis əməliyyatı: 20 nəfər saxlanılıb
İranda helikopterin qəzasında azı 8 nəfər həlak olub
Qaradağ rayonunda "Jiquıi" ilə avtoxuliqanlıq edən şəxs həbs edilib
İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
İran prezidentinin qəzaya uğramış helikopterinin yeri bəlli olub
İtkin düşmüş 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib-DİN