İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev dekabrın 18-də Serbiyada növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə prezident Aleksandar Vuçiçi təbrik məktubu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məktubda deyilir: "Hörmətli cənab prezident,
Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir.
Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz vardır.
Bu yaxınlarda gözəl ölkənizə səfərimi ən xoş təəssüratlarla xatırlayır, Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü yüksək qiymətləndirirəm".
Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir
İranda milli matəm elan edilib
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz mübarizəyə başlayır
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
Azərbaycan XİN İrana başsağlığı verib
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb
Bakıda güləş üzrə Avropa çempionatı start götürür
İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Ağcabədidə polis əməliyyatı: 20 nəfər saxlanılıb
İranda helikopterin qəzasında azı 8 nəfər həlak olub
Qaradağ rayonunda "Jiquıi" ilə avtoxuliqanlıq edən şəxs həbs edilib
İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
İran prezidentinin qəzaya uğramış helikopterinin yeri bəlli olub