logo

Ceyhun Bayramov: "Aşura günü şagirdlərə xüsusi diqqət yetiriləcək"

20:49 12-09-2018 | icon 9303
Ceyhun Bayramov: "Aşura günü şagirdlərə xüsusi diqqət yetiriləcək"

“Şagirdin əsas işi məktəbə getmək, dərs oxumaqdır. Düşünürəm ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetirəcək”.

YeniAvropa xəbər verir  ki, bunu təhsil naziri Ceyhun Bayramov sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəb rəhbərliyi və sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. C.Bayramov deyib: “Hesab edirik ki, bu ismarıclar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştiraklarında maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.