logo

Prezident  bir sıra məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olub

10:30 12-09-2018 | icon 4011
Prezident  bir sıra məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

YeniAvropa xəbər verir  ki, dövləti başçısına məktəbdə görülən yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.

Prezident İlham Əliyev, daha sonra ,  Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

İlham Əliyev  bu gün həmçinin paytaxtın Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə də  tanış olub.