logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

14:54 04-11-2023 | icon 868
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 59 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 95,o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.