logo

Paytaxt sakini Lerikdə  "Kalaşnikov" avtomatı ilə saxlanılıb

09:48 30-10-2023 | icon 707
Paytaxt sakini Lerikdə  "Kalaşnikov" avtomatı ilə saxlanılıb

Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.