logo

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub

17:12 08-09-2018 | icon 3794
Bakıda məşhur restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Prokurorluğundan  bildirilib.Məlumatda qeyd edilib ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

İlham İdris oğlu Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.